Xəbər verdiyimiz kimi, dünən İstanbulda baş verən 6,2 bal gücündə zəlzələ şəhər sakinləri arasında böyük qorxu və təşvişə səbəb olub.
Manset.az-ın Türkiyə mediasından aldığı məlumata görə, zəlzələdən sonra minlərlə insan təhlükəsizlik məqsədilə açıq ərazilərə axışıb.
Gecəni evlərinə dönməkdən ehtiyat edən vətəndaşlar şəhərin müxtəlif parklarında çadırlar quraraq gecələyiblər.