Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul AFAD böhran mərkəzinə gedərək səlahiyyətlilərdən son vəziyyətlə bağlı məlumatlar alıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda “TRT haber” məlumat yayıb.
Qeyd edək ki, bu gün İstanbulda baş verən 6,2 bal gücündə zəlzələ bir çox vilayətdə hiss olunub. Zəlzələ nəticəsində ölən və yaralanan olmayıb.
Böyük yeraltı təkanların ardınca afterşoklar hiss olunmaqdadır.