"Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampa özü kimi güclü insan olduğuna görə hörmət edir".
Manset.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Putin və Trampın mövqelərinin yaxın olduğu sahələr var, lakin bu, onların hər şeydə yaxın olması demək deyil. Onlar ilk növbədə, öz ölkələrinin maraqlarını müdafiə edirlər. Hər iki dövlət başçısını birləşdirən odur ki, onlar dialoqdan imtina etməyin absurdluğunu başa düşürlər, həmçinin ən çətin məsələləri belə müzakirə yolu ilə həll etməyə hazırdırlar".
Yeganə