Avropa Komissiyası "Apple" və "Meta"nı Rəqəmsal Bazarlar Aktının (DMA) tələblərini pozduğuna görə cərimələyib.
Manset.az xəbər verir ki, "Apple" 500 milyon, "Meta" isə 200 milyon avro cərimələnib.
DMA-nın bəyanatına əsasən, öz məhsullarını "App Store" vasitəsilə yayan proqram tərtibatçıları istifadəçiləri mağazadan kənar alternativ təkliflər haqqında məlumatlandırmaq, onları həmin təkliflərə yönləndirmək və "Apple" ekosistemindən kənarda alış-veriş etmək imkanını təklif etmək hüququna malikdirlər.
Bununla belə, Avropa Komissiyası müəyyən edib ki, “Apple” tərtibatçıların və istehlakçıların alternativ paylama kanallarından və ya daha ucuz təkliflərdən tam yararlanmasına mane olan bir sıra məhdudiyyətlər qoyur.
İddia olunur ki, "Apple" bu cür məhdudiyyətlərin obyektiv olaraq zəruri və mütənasib olduğunu sübut edə bilməyib.
Yeganə