Cənubi Koreyalı futbolçu Kanq Ci Yonq 37 yaşında vəfat edib.
Manset.az-ın əldə etdiyi məlumata görə, Kan Ji-yongun ölüm xəbəri sosial mediada yayılıb.
Xəbəri keçmiş futbolçu Ku Bon-sanq açıqlayıb. Ölümün səbəbi açıqlanmayıb.
Qeyed edək ki, o, Cənubi Koreyanın 20 yaşadək futbolçulardan ibarət milli komandasında çıxış edib. O, karyerası ərzində "Busan I'Park", "Bucheon FC 1995", "Gangwon FC" və "Incheon United" kimi komandalarda çıxış edib.
O, karyerasının ən uğurlu dövrünü 2014-2016-cı illər arasında oynadığı "Bucheon"da keçirib. 2015-ci ildə komandanın kapitanı olub.
2022-ci ildə futboldan ayrılan müdafiəçi karyerası ərzində 7 qol vurub və 2 məhsuldar ötürmə edib.