Türkiyənin Burdur-Antalya magistral yolunun Bucak qəsəbəsi yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində 2 nəfər yaralanıb.
İlkin araşdırmaya görə, Burdurdan Antalyaya doğru hərəkətdə olan Murat E.-nin (53) idarə etdiyi “Citroen” markalı, 34 KZ 8062 dövlət nömrə nişanlı minik avtomobili əks istiqamətə vuran Süleyman D.-nin (56) idarə etdiyi 34 TB 5343 dövlət nömrə nişanlı traktorla toqquşub. Traktor sürücüsünün sərxoş olduğu məlum olub.
Faktla bağlı araşdırma aparılır.