Ərdoğanı təhqir edən aktyora hökm oxundu  

23:44 - 22 Aprel 2025

Ərdoğanı təhqir edən aktyora hökm oxundu  

Türkiyəli aktyor İlyas Salman, 3 il əvvəl BirGün qəzetinə verdiyi müsahibədə istifadə etdiyi ifadələrə görə "prezidentə təhqir" ittihamı ilə mühakimə olunub. Məhkəmə prosesində 11 ay 20 gün həbs cəzasına məhkum edilib. Bu cəza sonradan 7 min lirə məbləğində cərimə ilə əvəz olunub.


Manset.az Milli.az-a istinadən xəbər verir ki, məhkəmə iclasında, İlyas Salmanın vəkili ilə birlikdə AKP-li Prezident Rəcəb Tayyib Ərdoğanın vəkili də iştirak edib.

Salmanın vəkili Selen Sınmaz cəzanın yüngülləşdirilməsini tələb edib:

"AİHM, Türk Cəza Qanununda 'təhqir' cinayətinin həm TCK 125, həm də TCK 299-cu maddələrdə tənzimlənməsini qanunsuz sayıb. TCK-nın 299-cu maddəsinin digər vətəndaşlara qarşı ayrı-seçkilik təşkil etdiyini bildirib və Türkiyə hüququnun bu yöndə düzəldilməsini tələb edib."

Sınmaz əlavə edib:

"Müvəkkilim xalqın tanıdığı bir sənətçidir. Onun məqsədi təhqir yox, ifadə azadlığı çərçivəsində fikrini ifadə etmək olub."

Məhkəmə, Salmanın "prezidentə təhqir" cinayətini törətdiyini sübuta yetirilmiş hesab edərək, əvvəlcə ona 1 il 2 ay həbs cəzası verib. Bu cəza Salmanın lehinə 1/6 nisbətində azaldılaraq 11 ay 20 gün həbsə endirilib, daha sonra isə 7.000 Türk lirəsi (311 manat)  miqdarında inzibati pul cəzası ilə əvəz olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv