"Instagram", "Facebook" və "Messenger" platformalarının sahibi "Meta" şirkəti istifadəçilərin yaşını müəyyənləşdirmək üçün süni intellekt (AI) texnologiyasını sınaqdan keçirdiyini açıqlayıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, şirkətin məqsədi, yaşını düzgün qeyd etməyən yeniyetmələri müəyyənləşdirərək onları "gənc hesab" rejiminə yönləndirməkdir.
Meta bildirir ki, bu texnologiyanın düzgün işlədiyinə əmin olmaq üçün bir sıra təhlükəsizlik tədbirləri görülüb. Bununla belə, texnologiyada səhv ehtimalı olduğu üçün süni intellekt tərəfindən "gənc ola biləcəyi" ehtimal edilən istifadəçilərə ayarlarını dəyişərək böyüklər üçün nəzərdə tutulan hesab rejimində qalmaq imkanı da verilir.
Qeyd olunur ki, şirkət daha əvvəl də yaş təyini üçün süni intellektdən istifadə edib, lakin bu yeni yanaşma daha genişmiqyaslı və əhəmiyyətli bir dəyişiklikdir.