İran prezidenti Məsud Pezeşkian Tehranın ABŞ-la nüvə məsələsində öz milli maraqlarını təmin edən müəyyən çərçivədə razılaşmaya hazır olduğunu bildirib.
Manset.az xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb.
Pezeşkian əlavə edib ki, o, bu məsələdə nə optimist, nə də pessimistdir.
"Birləşmiş Ştatlarla danışıqlarda milli maraqlarımızı təmin edən müəyyən çərçivədə razılığa gəlməyə hazırıq. Amma onlar bizimlə bərabər şərtlərlə danışıqlar aparmaq istəməsələr, biz əvvəlki kimi hərəkət etməyə davam edəcəyik. Biz öz resurslarımıza arxalanaraq ölkəni inkişaf etdirə bilərik", -deyə İran prezidenti vurğulayıb.
Yeganə