Marketlərdən sarı yumurtalar yığışdırılır - SƏBƏB  

21:02 - 21 Aprel 2025

Marketlərdən sarı yumurtalar yığışdırılır - SƏBƏB  

Dünyada ən çox istehlak edilən qidalardan biri olan yumurta, əsasən ağ və qəhvəyi rənglərdə satışa çıxarılır. Uzun müddətdir bu iki növ arasında hansı daha sağlamdır sualına cavab axtarılsa da, mütəxəssislər bu rəng fərqinin sağlamlığa təsir etmədiyini bildirirlər.


Manset.az Milli.az-a istinadən xəbər verir ki, bir neçə ay əvvəl Almaniya Yumurta İstehsalçıları Federal Birliyi qəhvəyi yumurtaların istehsalına məhdudiyyət tətbiq etmək barədə qərar qəbul edib. İlk olaraq bu qərarın sağlamlıqla əlaqəli olduğu düşünülsə də, bu addımın iqtisadi cəhətdən atıldığı üzə çıxıb. Bu qərar Niderland, Belçika və Fransa kimi ölkələrdə də tətbiq edilməyə başlayıb.

Qeyd edək ki, yumurtanın rəngi toyuğun cinsi ilə bağlıdır. Toyuqların qulaqcığının rəngi onların ağ, ya da qəhvəyi yumurta qoyacağını əvvəlcədən göstərir. Araşdırmalara əsasən, ağ yumurta verən toyuqlar həm daha az yem yeyir, həm də daha məhsuldar olur.

Almaniya Yumurta İstehsalçıları Federal Birliyinin rəhbəri Henner Schönecke bildirib ki, ağ yumurtaların istehsalı həm daha ucuz başa gəlir, həm də toyuqlar daha uzunömürlü olur. Bu da fermerlərə daha uzun müddət məhsul almağa imkan verir.

Mütəxəssislərin fikrincə, ağ və qəhvəyi yumurtaların insan sağlamlığına təsiri baxımından heç bir fərqi yoxdur. Amma iqtisadi üstünlüklərinə görə, gələcəkdə qəhvəyi yumurtaların bazardan tamamilə çəkilə biləcəyi ehtimal edilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv