"80%-dən çox yerli məzmuna malik TÜRKSAT 6A peyki ilə Türkiyə öz rabitə peyklərini istehsal edə bilən 11 ölkədən biri olub".
Manset.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan qeyd edib ki, Türksat 6A peykinin istismara verilməsi ilə türk peyklərinin auditoriya əhatəsi 3,5 milyarddan 5 milyard nəfərə yüksələcək.
O, əlavə edib ki, dünyada baş verən hadisələr fonunda Türkiyə üçün tarixi bir fürsət pəncərəsi açılır: “Biz dünya sistemində layiqli yerimizi almağa çox yaxınıq”, - deyə Ərdoğan bildirib.
Yeganə