Çində tarixi hadisə baş verib. İkiayaqlı insanabənzər robotlar ilk dəfə insanların iştirak etdiyi rəsmi yarımmarafonda yarışıblar. Robotlar insan rəqiblərini geridə qoyublar.
Manset.az xəbər verir ki, yarımmarafon Pekinin cənub-şərqindəki Yizhuang rayonunda baş tutub.
Bu ərazi paytaxtın əsas texnologiya şirkətlərinin məskənidir. Robotlar təxminən 12 min insanın olduğu 21 kilometrlik tras boyunca qaçıblar.
Yarış süni intellektin və robotların gələcəkdə insanları ötüb keçə bilməyəcəyi ilə bağlı mübahisələri yenidən alovlandırsa da, qaçışda insanların hələ də üstün olduğunu göstərdi.
Yeganə