"Qalatasaray"ın transfer etdiyi Alvaro Morata Ziraat Türkiyə Kuboku çərçivəsində "Konyaspor" ilə qarşılaşma öncəsi məşq zamanı zədə alıb.
Manset.az xəbər verir ki, futbolçunun vəziyyəti MRT müayinəsindən sonra dəqiq məlum olacaq.
Moratanın həmin matçda oynaması gözlənilmir. İspan ulduzun durumu yaxın günlərdə klub tərəfindən rəsmi şəkildə açıqlanacaq.