İtaliya A Seriyasının rəhbərliyi Roma Papası Fransiskin ölümü ilə əlaqədar oyunların təxirə salındığını açıqlayıb.
Manset.az xəbər verir ki, İtaliya A Seriyası rəhbərliyindən edilən şərhdə bu gün oynanılması planlaşdırılan oyunların Papa Fransiskin vəfatı səbəbilə təxirə salındığı açıqlanıb .
İtaliya Liqasında bu gün keçiriləcək oyunlar aşağıdakı kimi olub:
13:30 Turin - Udineze
16:00 Kalyari - Fiorentina
19:00 Genuya - Latsio
21:45 Parma - Yuventus