Hakkaridə təbiətsevər Emin Noyan tərəfindən çəkilən görüntülər nadir təbiət hadisəsini üzə çıxarıb. Hadisə aprelin 20-də səhər saatlarında Ceylanlı kəndi yaxınlığında baş verib.
Manset.az xəbər verir ki, təxminən 1,5 metr uzunluğundakı bir ilan 1 metrlik başqa bir ilanı udarkən mobil telefon kamerası ilə görüntülənib.
7 nəfərlik dost qrupu ilə birlikdə təbiət gəzintisinə çıxan Noyan bu mənzərə ilə ilk dəfə qarşılaşdığını bildirib.
Sözügedən görüntüləri təqdim edirik: