Vatikan, katoliklərin ruhani lideri və Vatikanın dövlət başçısı Papa Fransiskin bu səhər yerli vaxtla saat 07:35-də vəfat etdiyini açıqlayıb.
Manset.az xəbər verir ki, Katolik Kilsəsinin lideri Papa Fransiskin 88 yaşında dünyasını dəyişdiyi bildirilib.
Bir müddət əvvəl pnevmoniyadan müalicə olunan Papa Fransisk, 12 ildir ki, papalıq vəzifəsini icra edirdi. Papa son siyasi görüşünü həftə sonu ABŞ-nin vitse-prezidenti Ceyms D. ilə keçirib.