25-ci mərtəbədən yıxılan qız sağ qaldı

17:34 - 20 Aprel 2025

25-ci mərtəbədən yıxılan qız sağ qaldı

Çinin Tanşan şəhərində azyaşlı qız binanın 25-ci mərtəbəsindən yıxılsa da, sağ qalıb.


Manset.az "South China Morning Post”a istinadən xəbər verir ki, bu barədə uşağın valideynləri bildirib.

Anası qızına sınıq diaqnozunun qoyulduğunu, amma onun tədricən sağaldığını qeyd edib.

Hadisə martın 27-də baş verib. Uşağın sağ qaldığı məlum olanda ailə bu barədə məlumat verib. Bildirilib ki, Hebey əyalətinin Tanşan şəhərindən olan və adı hələ açıqlanmayan doqquz yaşlı məktəbli qız özünü narahat hiss edib və pəncərəni açmaq qərarına gəlib. Ancaq yıxılıb.

O, təcili olaraq Pekindəki xəstəxanaya aparılıb. Uşağa bir neçə sınıq diaqnozu qoyulsa da, beyni zədələnməyib. Qız bir neçə əməliyyat keçirib və artıq xəstəxanadan evə qayıdıb.

Sağ qalması inanılmaz sayılan "möcüzəli qız" Çinin sosial şəbəkəsində məşhurlaşıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv