Berlinin mərkəzində atışma - 1 nəfər yaralandı, 2 şübhəli axtarışda

16:42 - 20 Aprel 2025

Berlinin mərkəzində atışma - 1 nəfər yaralandı, 2 şübhəli axtarışda

Bu gün səhər saatlarında Almaniyanın paytaxtı Berlinin mərkəzindəki "Hilton" hotelinin yaxınlığında atışma baş verib.


Manset.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Məlumata görə, saat 04:45-də Berlində Mohrenştrass və Şarlottenştrass küçələrinin kəsişməsində yerləşən "Hilton" hotelinin yaxınlığında atışma baş verib. Neçə dəfə və nə üçün atəş açıldığı bilinmir.

İnsident nəticəsində azı bir nəfər xəsarət alıb. Polis hadisənin mübahisə zəminində baş verdiyi versiyası üzərində dayanır, iki şübhəli axtarışa verilib. Bundan başqa, atışma yeri də mühasirəyə alınıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv