ABŞ-nin İllinoys ştatında “Cessna C180G” tipli kiçik təyyarə qəzaya uğrayıb.
Manset.az "Associated Press"-ə istinadən xəbər verir ki, qəza nəticəsində təyyarədə olan iki qadın və iki kişi həyatını itirib.
Qəza şənbə günü saat 10:00 radələrində Trilla yaxınlığında baş verib. Milli Nəqliyyat Təhlükəsizliyi İdarəsinin məlumatına görə, təyyarə elektrik xətlərinə çırpılıb.
İllinoys ştatının qubernatoru Cey Bi Pritsker hadisə ilə bağlı başsağlığı verib və dövlət qurumlarının vəziyyəti nəzarətdə saxladığını bildirib.
Nəzrin