Çanaqqala boğazı tranzit gəmi keçidlərinə BAĞLANDI

11:13 - 20 Aprel 2025

Çanaqqala boğazı tranzit gəmi keçidlərinə BAĞLANDI

19 aprel 2025-ci il tarixində səhər saatlarında Türkiyədə Çanaqqala Boğazında müşahidə olunan qatı duman səbəbindən, gəmi keçidlərində təhlükəsizlik məqsədilə müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

 

Manset.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Boğazın açıqlarında səhər saatlarında təsirini artıran duman, dənizdə görünüş məsafəsinin azalmasına səbəb olub. Bu vəziyyət, gəmi hərəkətləri üçün təhlükə yaratdığından, Çanaqqala Boğazı Gəmi Nəqliyyat Xidmətləri İdarəsi tərəfindən, saat 06:20-dən etibarən boğazın iki istiqamətli transit gəmi keçidlərinə bağlandığı gəmi kapitanlarına radio elanları ilə bildirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv