Çin ABŞ-dan LNG almağı dayandırdı

18:12 - 19 Aprel 2025

Çin ABŞ-dan LNG almağı dayandırdı

ABŞ-ın Çinə mayeləşdirilmiş təbii qaz (LNG) idxalı on həftədən çoxdur ki, tamamilə dayandırılıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu, Çin və ABŞ arasında ticarət müharibəsinin enerji sektoruna da sirayət etdiyini nümayiş etdirir.


Fevralın 6-da Texas ştatının "Corpus Christi" şəhərindən 69 min ton LNG daşıyan tanker ölkənin cənubundakı Fujian əyalətinə gəldikdən sonra iki ölkə arasında yeni tədarüklər olmayıb. 

Xarici ekspertlərin fikrincə, bu durumun bir çox böyük nəticələri ola bilər. Bu nəticələr arasında Çinin Rusiya ilə enerji əməkdaşlığını gücləndirməsi də istisna edilmir.

Yeganə




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv