Aprelin 22-də Rusiya prezidenti Vladimir Putin Rusiyaya dövlət səfərinə gələcək Oman Sultanı Heysam bin Tarek Əl Səidlə danışıqlar aparacaq.
Manset.az xəbər verir ki, liderlərin görüşü Moskvada baş tutacaq.
Kremlin saytında qeyd edilən məlumata görə, danışıqlar zamanı liderlər Rusiya-Oman əməkdaşlığının gələcək inkişafı üçün əsas istiqamətləri, o cümlədən iqtisadi,mədəni-humanitar sahələr, habelə beynəlxalq və regional gündəlikdəki aktual məsələləri müzakirə edəcəklər.
Yeganə