ABŞ Çinə məxsus gəmi sahiblərindən və Çin istehsalı olan gəmilərdən ödənişlər alacaq.
Manset.az xəbər verir ki, bu barədə ABŞ-nin Ticarət Nümayəndəliyi açıqlama verib. Açıqlamaya görə, ödənişlər xalis tonaj və ya konteyner sayına görə alınacaq. Bəyanatda deyilir ki, ABŞ, gəmiqayırma işindəki əvvəlki nüfuzunu bərpa etmək və Çinin dənizçilik, logistika və gəmiqayırma sektorlarına hökmranlıq etmək üçün addımlar atılır.
Açıqlamaya görə, əvvəlcə gəmilərdən ödəniş tələb olunmayacaq. Lakin sonradan Çində yerləşən gəmi sahibləri və operatorlarından ABŞ səfərinə düşən xalis tonaj əsasında, Çin istehsalı olan gəmilərin operatorlarından isə xalis tonaj və ya konteynerə görə ödənişlər alınacaq.