Elm adamları ABŞ-ni tərk edir

08:00 - 19 Aprel 2025

Elm adamları ABŞ-ni tərk edir

Avropa ölkələri ABŞ administrasiyasının elmi araşdırmalar sahələrindəki məhdudiyyətləri və maliyyəni azaltması səbəbindən işdən çıxan elm adamlarını qəbul edəcək.


Manset.az Metbuat.az-a istinadən xəbər verir ki, Donald Trampın atdığı siyasi addımlar elmi dairələrdə narahatlıqla qarşılanıb. Tramp administrasiyasının verdiyi qərarlarla ölkədəki bəzi laboratoriyalar bağlanıb, bəzi tədqiqat sahələrinəə maliyyə dayandırılıb. ABŞ Müdafiə Nazirliyi də 90-dan çox tədqiqatı, o cümlədən iqlim dəyişikliyinin təsirləri ilə bağlı araşdırmaları dayandırdığını açıqlayıb. “Nature” elmi araşdırma jurnalının sorğusuna əsasən, ABŞ-də hər 4 tədqiqatçıdan 3-ü hökumətin məhdudlaşdırıcı tədbirlərindən sonra ölkəni tərk etmək istəyir. Sorğuda iştirak edən 1650 nəfərdən 1200-dən çoxu Kanada, Avropa və ya Avstraliyaya getmək istəyir.

Digər tərəfdən, ABŞ-nin aparıcı universitetlərində çalışan professor və akademiklərin başqa ölkədə işləmək üçün müraciət etmələri ilə bağlı xəbərlər dərc edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv