Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTsİOM) sorğusunun nəticələri göstərir ki, vətəndaşların 79,2%-i Rusiya prezidenti Vladimir Putinə etibar edir.
Manset.az xəbər verir ki, sorğuda iştirak edən rusiyalıların 76,2%-i onun dövlət başçısı kimi fəaliyyətini müsbət qiymətləndirib.
Rusiyalıların 51,4%-i hökumətin işini yaxşı qiymətləndirib, vətəndaşların 62,8%-i isə baş nazir Mixail Mişustinə etimad göstərdiyini qeyd edib. Eyni zamanda, Vahid Rusiya partiyasına dəstək səviyyəsi 36% təşkil edib.
Sorğu aprelin 7-dən 13-dək 1600 Rusiya vətəndaşı arasında keçirilib.
Yeganə