“Müasir köçərilər”in kanal həyatı

17:06 - 18 Aprel 2025

“Müasir köçərilər”in kanal həyatı

Londonda yüksək kirayə qiymətlərinin yaratdığı sıxıntılar minlərlə insanı alternativ yaşayış axtarışına sövq edib.



Manset.az xəbər verir ki, hazırda təxminən 10 min insan şəhərin Notting Hill, Camden və Little Venesiya kimi məşhur ərazilərindən keçən kanallarda dar qayıqlarda yaşayır. Onlar bu həyat tərzini “müasir köçəri” həyatı adlandırırlar.

Şəhərin mərkəzində nisbətən ucuz və təbiətlə iç-içə yaşamaq imkanı qayıq sahibləri üçün cəlbedici olsa da, qayıqların daimi baxım və təmir ehtiyacı əsas problemlərdən biri kimi göstərilir. Üstəlik, Çay və Kanal İdarəsinin qiymət artımları da bu alternativ yaşayış formasını riskə atır.

Altı ildir, kanalda yaşayan amerikalı Tanner Pol bu həyatın üstünlüklərini belə izah edir:

“Ən böyük üstünlük şəhərin mərkəzində münasib qiymətə yaşamaqdır. Amma qayıqların texniki xidmətə ehtiyacı daim problem yaradır”.

Yeni “kanal sakini” Melina isə deyir:

“Londondakı yüksək qiymətlər bizi bu həyata apardı. Məkan kiçik olsa da, insanlar çox mehribandır və şəhərlə fərqli bir bağ qurursan”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv