Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti növbəti dəfə uzadılıb.
Manset.az xəbər verir ki, müvafiq qanunları ölkə Prezidenti Volodimir Zelenski təsdiqləyib.
Qanun layihələrinə əsasən, Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik 2025-ci il mayın 9-dan etibarən 90 gün müddətinə, yəni avqustun 6-dək uzadılıb.