Qaziantepdə 16 yaşlı Halil Kırpaç iş yerində əli maşına ilişərək böyük iş qəzası keçirib.
Manset.az xəbər verir ki, hadisədən sonra xəstəxanaya aparılan gəncin müayinənin ardından baş barmağı da daxil olmaqla 3 barmağının kəsildiyi müəyyən edilib.
Həkimlərin məsləhəti ilə onun ayağından bir barmağı çıxarılıb, əlinə baş barmaq kimi tikmək qərarı alınıb. Mikrocərrahi texnika ilə həyata keçirilən əməliyyat uğurla tamamlanıb.
H.Kırpaç barmağını hərəkət etdirməyə başladığını və yeni baş barmağı ilə gündəlik həyatına daha rahat davam edə bildiyini söyləyib.
Həkimlər 3-6 ay ərzində barmaqdakı hissiyatın bərpa olunacağı və əlin funksiyasının 70-80 faiz yaxşılaşmasını gözlədiklərini bildiriblər.