Ercan-İstanbul reysi ilə uçan AJet təyyarəsində elektron siqaret çəkən sərnişin kabin heyətinin xəbərdarlıqlarına məhəl qoymayıb.
Manset.az xəbər verir ki, sərnişin Sabiha Gökçen hava limanında polis tərəfindən təyyarədən endirilib.
Şimali Kipr Türk Respublikasından (ŞKTC) İstanbula uçan AJet aviaşirkətinin VF-164 reysi ilə sərnişin uçuş başladıqdan sonra elektron siqaret çəkib. Kabin heyətinin bütün xəbərdarlıqlarına baxmayaraq siqaret çəkməyə davam edən sərnişin ekipajın vəziyyəti kapitan pilota bildirməsi nəticəsində uçuşdan sonra polisin müdaxiləsi ilə qarşılaşıb.