Muğlanın Menteşe rayonunda təbii qazla dolu 48 ARP 228 dövlət nömrə nişanlı Mercedes markalı yük maşını döngədə idarəetmədən çıxaraq aşıb.
Manset.az xəbər verir ki, qəza nəticəsində sürücü yüngül xəsarət alıb.
Hadisə yerinə polis, yanğınsöndürmə və təcili tibbi yardım qrupları cəlb olunub. Yanğınsöndürənlər tərəfindən çıxarılan sürücü xəstəxanaya çatdırılıb, vəziyyətinin stabil olduğu bildirilib.