Qlobal bazarlardakı gərginliklərdən sonra qızılın unsiya qiyməti yeni rekord qırıb.
Manset.az Metbuat.az-a istinadən xəbər verir ki, qızılın unsiyası 3,357,40 dollara yüksəlib. Qızılın dəyərinin artımı ilin əvvəlindən 30 faizə çatıb. Bahalaşmadan sonra qızıl nisbətən ucuzlaşsa da, investorlar dəyərli metala etibar edir. Qeyd edək ki, Çikaqoda İqtisadiyyat Klubunda çıxış edən ABŞ Federal Ehtiyat Sisteminin sədri Cerom Pauel xəbərdarlıq edib ki, tarif artımları ABŞ iqtisadiyyatının artımını ləngidə, istehlak qiymətlərini artıra və işsizlik riski yarada bilər. İddialara görə, FED dolların faiz bəndini dəyişməyəcək.
Eskpertlərinin sözlərinə görə, qızıl indi dünyada ən etibarlı investisiya vasitəsi hesab edilir. Bildirilir ki, dollar isə ticarət gərginliyinə görə dəyər itirir.