Bu ölkədə qırmızı xəbərdarlıq elan edildi

17:30 - 17 Aprel 2025

Bu ölkədə qırmızı xəbərdarlıq elan edildi

İtaliyanın şimal-qərbində yerləşən Piemont bölgəsində yağan güclü yağışlar nəticəsində bir neçə çay məcrasından çıxıb. Bu isə bölgədə ciddi daşqınlara səbəb olub. Ərazi üzrə qırmızı hava xəbərdarlığı elan edilib.


Manset.az Buz xəbər verir ki, xəbərdarlıqlar 100-ə yaxın şəhəri əhatə edir və əhalidən ehtiyatlı olmaları tələb olunur.

Məlumata görə, Piemont bölgəsindəki bütün çayların su səviyyəsi "həyəcanverici" həddə çatıb. 

Rəsmi qurumlar güclü küləklərin də ölkənin müxtəlif bölgələrində fəsadlar törətdiyini bildiriblər. Xüsusilə Milan, Piacenza və Roma şəhərlərində bir sıra ağaclar küləyin təsirindən aşıb.

Qeyd edək ki, daha əvvəl daşqınların qeydə alındığı Emiliya-Romanya bölgəsi üçün də sabah qırmızı kodlu xəbərdarlıq elan olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv