Bu planetdə həyat izləri aşkar edildi

16:18 - 17 Aprel 2025

Bu planetdə həyat izləri aşkar edildi

Kembric Universitetinin alimləri Yerdən təxminən 124 işıq ili uzaqlıqda yerləşən "K2-18 b" adlı ekzoplanetin atmosferində həyatla əlaqəli ola biləcək kimyəvi maddələrin izlərini müəyyən ediblər.


Manset.az xəbər verir ki, Kembric Universitetində çalışan astronomlar Günəş sistemindən kənarda həyatın mümkünlüyünə dair indiyədək əldə olunmuş ən güclü sübutlardan birini təqdim ediblər.

James Webb Kosmik Teleskopu vasitəsilə aparılan müşahidələr nəticəsində əldə olunan məlumatlara görə, K2-18 b adlı planetin atmosferində yalnız Yer üzərində yaşayan orqanizmlər tərəfindən istehsal olunduğu bilinən dimetil sulfid (DMS) və dimetil disulfid (DMDS) kimi kimyəvi birləşmələrə rast gəlinib.

Tədqiqatlara rəhbərlik edən Kembric Universitetinin astrofizika professoru Nikku Madhusudhan bildirib ki, bu kəşf kosmosda həyatın mövcudluğunu araşdırmaq baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, aşkarlanan maddələr, xüsusilə də DMS, Yer atmosferində yalnız bioloji proseslər nəticəsində yaranır və bu da planetdə həyat formalarının ola biləcəyini ehtimal etməyə əsas verir.

Alimlər əlavə araşdırmalarla bu nəticələrin təsdiqlənəcəyinə və kainatda həyatın mövcudluğu ilə bağlı daha dəqiq nəticələrin əldə olunacağına ümid edirlər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv