Şimali Koreya ABŞ-nin təhlükəsizlik təhdidlərinə dözməyəcək 

12:56 - 17 Aprel 2025

Şimali Koreya ABŞ-nin təhlükəsizlik təhdidlərinə dözməyəcək 

Şimali Koreya Müdafiə Nazirliyinin sözçüsü bəyanatla çıxış edərək bildirib ki, Pxenyan ABŞ-dən gələn "ən kiçik təhlükəsizlik təhdidinə" belə dözməyəcək.


Manset.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Qeyd olunur ki, bu bəyanat ABŞ-nin B-1B strateji bombardmançı təyyarəsini Cənubi Koreya ilə birgə keçirdiyi hərbi təlimlər çərçivəsində bölgəyə yerləşdirməsinə cavab olaraq verilib. Pxenyan bu addımı açıq-aşkar təxribat kimi qiymətləndirib.

“B-1B bombardmançılarının bölgədə dəfələrlə görünməsi ABŞ və onun müttəfiqlərinin Koreya yarımadasında hərbi gərginliyi süni şəkildə artırmağa və qarşıdurma atmosferi yaratmağa çalışdıqlarını göstərir”, – deyə Şimali Koreya Müdafiə Nazirliyinin sözçüsü vurğulayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv