2024-cü ildə Avropa Birliyi ölkələrinə ilkin sığınacaq müraciətləri 13% azalaraq 912 minə düşüb.
Manset.az xəbər verir ki, Türkiyədən Aİ-yə sığınacaq istəyənlərin sayı 46 835 nəfərdir. Ən çox müraciət edən 148 min nəfərlə suriyalıdır ki, bu da ümumi müraciət edənlərin 16%-ni təşkil edir.
Onları 73 min nəfərlə Venesuelalılar və 72 min nəfərlə əfqanlar izləyir. İlk onluqda kolumbiyalılar, türklər və banqladeşlilər də yer alıb.
Müraciət edənlər arasında müşayiət olunmayan 36 000 azyaşlı da var ki, onların da əksəriyyəti Suriya, Əfqanıstan və Misirdəndir.