"OpenAI" yeni sosial şəbəkə yaradır - "X"ə rəqib olacaq

11:08 - 17 Aprel 2025

\"OpenAI\" yeni sosial şəbəkə yaradır - \"X\"ə rəqib olacaq

"OpenAI" şirkəti yeni sosial şəbəkə platforması yaradacaq.


Manset.az xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb. Məlumata görə, şirkət süni intellektə yönəlmiş fəaliyyətindən fərqli olaraq, İlon Maskın X platformasına bənzər sosial media xidmətini inkişaf etdirməyi planlaşdırır.

Şirkət qeyd edib ki, layihə hələ ilkin mərhələdədir və daxili prototip üzərində işləyir. "OpenAI"nin həmtəsisçisi Sam Altman bu layihə ilə bağlı rəy almaq üçün şəxsi görüşlər keçirir. Bildirilir ki, prototip "ChatGPT"nin inteqrasiya olunmuş render funksiyasına əsaslanır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv