Türkiyənin Samsun bölgəsində ağır traktor qəzası baş verib.
Manset.az xəbər verir ki, qəza nəticəsində 59 yaşlı Eyüp Dəmir həyatını itirib.
Məlumata görə, Eyüp Dəmirin idarə etdiyi 35 UHT 84 dövlət nömrə nişanlı traktor, sürücünün idarəetməni itirməsi nəticəsində aşıb. Traktorun altında qalan sürücü hadisə yerində həyatını itirib.
Hadisə ilə bağlı araşdırma başlanılıb.