Amerikanın nüfuzlu "Time" jurnalı 2025-ci ilin "Dünyanın ən nüfuzlu 100 insanı" siyahısını açıqlayıb.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, siyahıya müxtəlif sahələrdə dünyaya təsir göstərmiş liderlər, sənətçilər, alimlər və ictimai xadimlər daxil edilib.
Bu ilki buraxılışın üz qabığında məşhur aktrisa Demi Mur, reper Snup Doqq, tennis əfsanəsi Serena Uilyams, müğənni Ed Şiran və süni intellekt şirkəti "DeepMind"ın həmtəsisçisi Demis Hassabis yer alıb.
Siyahıda ABŞ prezidenti Donald Tramp və onun administrasiyasından altı nəfər yer alıb. Onlar arasında:
Vitse-prezident Cey Di Vens,
Hökumətin Effektivliyi Departamentinin rəhbəri (DOGE) İlon Mask,
Səhiyyə naziri Robert Kennedi (kiçik),
Ticarət naziri Hovard Lütniq,
Administrativ-Büdcə İdarəsinin direktoru Rassel Vout da var.
"Time" jurnalı "Liderlər" kateqoriyasına Böyük Britaniyanın baş naziri Kir Starmeri, Almaniyanın gələcək kansleri Fridrix Merz, Suriya prezidenti Əhməd əş-Şaraa, Argentina lideri Xavyer Mileyi və Meksika prezidenti Klaudiya Şeynbaumu daxil edib.
"Ən nüfuzlu sənətçilər" sırasına aktyorlar Adam Skott, Skarlett Yohansson və Kristen Bell daxil olunub. "Titanlar" bölməsində isə "Meta" şirkətinin həmtəsisçisi Mark Zukerberq, "Prada" səhmdarı Miuçça Prada və olimpiya çempionu gimnast Simona Baylz yer alıb.
"Yenilikçilər" sırasında astronom Vendi Fridman, rəssam Mikalein Tomas və məşhur aşpaz Kvame Onvuachi seçilib. "İkonalar" bölməsinə aktyor Edrian Brodi, yazıçı Rakel Uillis və hüquq müdafiəçisi Fatu Balde daxil olub.
"Time" həmçinin "Pionerlər" adı altında müğənni Rozeni, hüquqşünas Kordeliya Beri və "DeepSeek" şirkətinin rəhbəri Lyan Venfeni təqdim edib.