İsrail pasportu olan şəxslərin Maldiv adalarına girişi qadağan edilib.
Manset.az Metbuat.az-a istinadən xəbər verir ki, bununla bağlı qanun qüvvəyə minib. Maldiv adalarının Prezidenti Muhammed Muizzu sosial media hesabında məsələ ilə bağlı açıqlama verib. Sözügedən qanunun qüvvəyə mindiyini bildirən Muizzu, "İsrail pasportu olan şəxslərin Maldiv adalarına girişi qadağandır” - deyə qeyd edib. Muizzunun sözlərinə görə Maldiv adaları bu addımı ilə İsrailin Fələstində davam edən zülmünə qarşı mövqe ortaya qoyub. O, Maldiv adalarının Fələstin xalqı ilə həmrəy olduğunu vurğulayıb.
Qeyd edək ki, Maldiv adalarında İsrail vətəndaşlarının ölkəyə girişinin qarşısını almaq üçün keçirilən nümayişlərdən sonra bununla bağlı qanun müxalif Maldiv Demokratik partiyası tərəfindən Nazirlər Şurasına təqdim edilib və parlamentdə səs çoxluğu ilə qəbul edilib.