Britaniyada "Google" məhkəməyə verildi

22:13 - 16 Aprel 2025

Britaniyada \"Google\" məhkəməyə verildi
  • Böyük Britaniyada Amerikanın “Google” şirkəti məhkəməyə verilib. Kollektiv iddia ərizəsində şirkətin 5 milyard funt sterlinq (təxminən 11,2 milyard AZN -red ) məbləğində təzminat ödəməsi tələb olunur.


Manset.az xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri Rəqabət məsələləri üzrə Apelyasiya Məhkəməsinə (Britaniya) daxil olan iş materiallarına istinadən məlumat yayıb.

Məlumata görə, kollektiv iddia ərizəsinə əsasən, “Google “şirkəti öz inhisarçı mövqeyini möhkəmləndirmək məqsədilə öz mövqeyindən suistifadə etməklə rəqib axtarış sistemlərinin fəaliyyətini məhdudlaşdırır.

Ərizədə o da qeyd olunur ki, şirkət “Google”un “Safari” brauzerində əsas axtarış mühərriki qalması üçün “Apple” şirkətinə milyardlarla dollar pul ödəyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv