Vaşinqton administrasiyası Çindən ABŞ-yə gələn müəyyən növ mallara 245 %-ə qədər rüsum tətbiq edə bilər.
Manset.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin “X” sosial şəbəkəsində dərc olunmuş bəyanatında deyilir.
Paylaşımda Ağ Evin Çinə münasibətdə tətbiq etdiyi tariflərin siyahısı açıqlanıb. Buraya “125%-lik cavab rüsumları”, fentanil böhranı ilə mübarizə üçün 20 % rüsumlar və 1974-cü il Ticarət Aktının 301-ci bölməsinə əsasən müəyyən məhsullar üzrə 7,5 %-dən 100 %-ə qədər olan rüsumlar daxildir. Bu akt ABŞ Prezidentinə ABŞ tərəfinin digər ölkələrin milli ticarətində mövcud olduğuna inandığı məhdudiyyətlərə qarşı çıxmaq üçün bütün lazımi tədbirləri görmək səlahiyyəti verir.