Serbiya parlamenti etirazlara baxmayaraq professor Djuro Matsutanın ölkənin baş naziri postuna namizədliyini təsdiqləyib.
Manset.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qərar qanunverici orqandakı 250 yerdən 156-na nəzarət edən hakim Serb Tərəqqi Partiyasının (SPP) dəstəyi ilə qəbul edilib.
Müxalifətdən olan deputatlar bu təyinatı tənqid edərək prosedurda şəffaflığın olmadığını bildiriblər.
Qeyd edək ki, Vuçiç aprelin 7-də ölkənin baş naziri vəzifəsinə Djuro Matsutanın namizədliyini irəli sürüb.
Matsuta əvvəllər təhsil naziri vəzifəsində çalışıb.