ABŞ İran neftini daşıyan şirkətlərə qarşı sanksiyalar tətbiq etdi

20:12 - 16 Aprel 2025

ABŞ İran neftini daşıyan şirkətlərə qarşı sanksiyalar tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi İran neftinin nəqlində iştirak edə biləcəyi güman olunan Çin, Malayziya və Tailandın yük gəmilərinə sahib olan şirkətləri sanksiyalar siyahısına əlavə edib.


Manset.az xəbər verir ki, bu barədə qurumun Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) məlumatında bildirilir.

Məlumata görə, ümumilikdə 7 şirkət Maliyyə Nazirliyinin Xüsusi Təyin edilmiş Vətəndaşlar və Qadağan olunmuş Şəxslər (Specially Designated Nationals and Blocked Persons, SDN) siyahısına daxil edilib. Onların arasında Honkonq, Panama və Marşal adalarından olan hüquqi şəxslər də var.

“Bundan əlavə, beş neft daşıyan gəmi də sanksiyalara məruz qalıb”, - məlumatda qeyd olunur.

Qeyd edək ki, bu, aprelin 19-da İranın nüvə proqramı üzrə ABŞ və İran arasında keçiriləcək məsləhətləşmələrin ikinci raundu ərəfəsində baş verib. Amerikanın “Axios” portalının məlumatına görə, görüş Romada baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv