Çin dünyanın ən hündür körpüsünün əsas strukturunun tamamlandığını bildirib.
Manset.az xəbər verir ki, Çin dünyanın ən hündür körpüsü olacaq "Huajiang Grand Canyon" körpüsünün əsas strukturunun tamamlandığını açıqlayıb
Məlumat ölkənin cənub-qərbində yerləşən Quizhou əyalətindəki inşaat işləri ilə bağlı verilib.
Beipan çayı üzərində salınan və 625 metr hündürlüyü ilə rekord qıracaq körpü mühüm mühəndislik nailiyyəti kimi qiymətləndirilir. Körpünün əsas açıqlığı 1420 metr, ümumi uzunluğu isə 2890 metr təşkil edir.
Tikintisinə 2022-ci ilin yanvar ayında start verilən layihənin bu il ərzində tam başa çatdırılması planlaşdırılır.