Birləşmiş Ştatlar Ukraynaya 100 milyard dollar yardıma görə təzminat tələblərini azaldıb.
Manset.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Xəbər agentliyinin məlumatına görə, Donald Tramp administrasiyası danışıqlardan sonra Vaşinqtonun Kiyevə ayırdığı yardımın həcmini 300 milyard dollardan təxminən 100 milyard dollara endirib.
Bloomberg bildirib ki, bu rəqəm Ukraynanın göstərdiyi rəqəmə yaxınlaşıb və təxminən 90 milyard dollar təşkil edib.