Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Rafael Qrossi ilə görüşüb, onun Tehrana gözlənilən səfərini müzakirə edib.
Manset.az xəbər verir ki, Ulyanov bu barədə Telegram kanalında yazıb
"Bu gün mən MAQATE-nin baş direktoru Rafael Qrossi ilə görüşdüm. Biz, xüsusən də agentlik ilə İran arasında gələcək təmasları müzakirə etdik".
İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bazar ertəsi bildirib ki, Qrossinin xarici işlər naziri Abbas Əraqçi və İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami ilə danışıqlar aparmaq üçün aprelin 16-da axşam saatlarında Tehrana gələcəyi gözlənilir.