Yeni araşdırmalar göstərir ki, "ChatGPT" kimi süni intellekt modelləri insanın qərar qəbul etmə qabiliyyətlərini təkrarlayır. "OpenAI" tərəfindən yaradılan bu texnologiya, 18 qərəzli testin yarısında insanlarda olan xüsusi səhvlərə, məsələn, həddən artıq özünə inam və riskdən qaçmağa yol verib.
Manset.az xəbər verir ki, süni intellekt riyazi məsələlərdə əla nəticələr göstərsə də, subyektiv qərarlar qəbul etmək çətinlik çəkir. Mütəxəssislər bildirirlər ki, bu texnologiya insan biliklərindən öyrəndiyi üçün onların qərəzlərini də qəbul edir.
Alimlər məsləhət görürlər ki, süni intellekt təhlükəsiz saxlanılmalı və qərar qəbul etmə vasitəsi kimi etik mülahizələrə əsaslanmalıdır. Bu nəticələr işə qəbul və kredit təsdiqi kimi sahələrdə süni intellektin istifadəsində ehtiyatlı olmağın zəruriliyini ortaya qoyur.