İsrail Müdafiə Qüvvələri (IDF) son 24 saat ərzində Qəzza zolağında 35-ə yaxın yeni hədəfə hücum edib.
Manset.az xəbə verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib.
Açıqlamaya görə, İsrail hava qüvvələri son gün ərzində Qəzza zolağı boyunca təxminən 35 terror hədəfini vurub.
Bundan əlavə, mətbuat xidmətinin məlumatına görə, "Qəzzanın cənubunda qoşunlar Rəfahın "Şəbura" bölgəsində 20 metr dərinlikdə və bir neçə yüz metr uzunluğunda yeraltı tunel marşrutunu söküblər. ID-nin məlumatına görə, tunel marşrutu Qəzzada yerləşən HƏMAS hərəkatının yaraqlılarının toplaşdığı yer kimi istifadə edilib və bölgədəki bir sıra tunel marşrutlarını birləşdirib.