ABŞ-nin Florida ştatının Boka Raton şəhərində kiçik təyyarə qəzaya uğrayıb.
Manset.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.
Bildirilib ki, təyyarə qalıqları yolun yaxınlığındakı dəmir yolu relslərinə düşüb. Onların arasında iki cəsədin də olduğu bildirilir.
Qəzadan sonra baş verən yanğın söndürülüb. Hadisənin baş verdiyi ərazidə küçələr bağlanıb.