Bəşər Əsədin devrilməsindən sonra bu qədər suriyalı ölkəsinə qayıtdı

17:46 - 11 Aprel 2025

Bəşər Əsədin devrilməsindən sonra bu qədər suriyalı ölkəsinə qayıtdı

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMMYK) sözçüsü Selin Şmitt bildirib ki, Bəşşar Əsəd rejiminin 8 dekabr 2024-cü ildə devrilməsindən sonra təxminən 400 min suriyalı qaçqın qonşu ölkələrdən vətənə geri dönüb.


Manset.az xəbər verir ki, BMT-nin Cenevrə ofisinin həftəlik brifinqinə onlayn qatılan Şmitt, eyni zamanda bu müddət ərzində ölkə daxilində didərgin düşmüş 1 milyondan çox şəxsin də evlərinə qayıtdığını qeyd edib.

Şmitt xəbərdarlıq edib ki, kifayət qədər maliyyə ayrılmasa, bu il planlaşdırılan 1,5 milyon nəfərin qayıdışı reallaşmaya bilər və geri dönənlər yenidən didərgin düşə bilərlər.

O vurğulayıb ki, Suriyaya humanitar yardım göstərən qurumlara dəstək sabitlik üçün həyati əhəmiyyət daşıyır. Hazırda ölkədə təxminən 16,7 milyon insan – yəni əhalinin 90 faizi – humanitar yardıma ehtiyac duyur, 7,4 milyondan çox suriyalı isə hələ də ölkə daxilində köçkün vəziyyətindədir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv